cabir

cabir Xəbərlər 20-01-2026, 19:15

Danimarka: ABŞ Qrenlandiyaya hücum etsə, müharibə olacaq

Danimarka: ABŞ Qrenlandiyaya hücum etsə, müharibə olacaq

Danimarka Parlamentinin Müdafiə Komitəsinin sədri Rasmus Jarlov ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya hücum əmri verəcəyi təqdirdə bunun iki ölkə arasında birbaşa hərbi münaqişəyə səbəb olacağını bildirib.     Sun.Az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.              

Jarlov qeyd edib ki, Danimarka Qrenlandiyanı müdafiə edəcək:
"Əlbəttə ki, biz Qrenlandiyanı qoruyacağıq. Əgər Amerika qoşunları adanı işğal etsə, bu, müharibə olacaq və biz bir-birimizlə vuruşacağıq. Bilirik ki, ABŞ ordusu bizdən daha güclüdür, lakin bizim vəzifəmiz öz torpaqlarımızı və xalqımızı müdafiə etməkdir".

Siyasətçi belə bir ssenarinin yalnız Kopenhagen üçün deyil, Vaşinqton üçün də fəlakətli olacağını vurğulayıb. Onun sözlərinə görə, Qrenlandiyanın ilhaq edilməsinin iqtisadi əsaslandırması yoxdur:

"ABŞ-ın artıq Qrenlandiyaya çıxışı var. Əgər ada ilhaq edilərsə, bunun qarşılığında əldə ediləcək yeganə şey əlavə xərclər olacaq", - deyə Jarlov bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
209 133 203 238 204 188

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.