cabir

cabir Xəbərlər 26-01-2026, 16:20

Ermənistan: KTMT ilə münasibətlər davam edəcək

Ermənistan: KTMT ilə münasibətlər davam edəcək

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün 2026-cı ildə dondurulması gözlənilmir.     Sun.Az    xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici Kəşfiyyat Xidməti "Armenpress" agentliyi tərəfindən dərc olunmuş hesabatda məlumat yayıb.              

Hesabatda bildirilib ki, Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması demək olar ki, baş verməyəcək və bu məsələ digər üzv dövlətlər üçün "düşüncə mövzusu" kimi qiymətləndirilir.

Xarici Kəşfiyyat Xidməti Ermənistanla KTMT arasında 2025-ci ildə münasibətlərin inkişafını müsbət dəyərləndirib və bu tendensiyanın davam edəcəyini vurğulayıb. Məlumata görə, ölkə rəhbərliyinin üzvlüyün dondurulması ilə bağlı mümkün qərarı KTMT-nin nüfuzuna təhlükə yarada bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
168 186 183 165 174 163

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.