cabir

cabir Xəbərlər 26-01-2026, 16:30

Cənubi Osetiya Rusiyadan genişmiqyaslı hərbi yardım aldı

Cənubi Osetiya Rusiyadan genişmiqyaslı hərbi yardım aldı

Rusiya uzun illər ərzində Cənubi Osetiyaya ən böyük silah və hərbi avadanlıq bağışlayıb.  Sun.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublika prezidenti Alan Qaqloyev "Yujnaya Osetiya" qəzetinin "Telegram" kanalına açıqlamasında bildirib.         

Qaqloyevin sözlərinə görə, ötən il Rusiya tərəfi respublikaya müasir forma və avadanlıq təqdim edərək hərbçiləri xidmət üçün zəruri olan bütün vasitələrlə təmin edib. O qeyd edib ki, 40 ədəd müasir silah milli ordunun hərəkətliliyini, effektivliyini və əməliyyat potensialını artıracaq.

Cənubi Osetiya lideri göstərilən kömək və davamlı dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə və müdafiə naziri Andrey Belousova minnətdarlığını ifadə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 144 146 171 155 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.