Mələy0001

Mələy0001 Şeirlər 13-10-2017, 22:19

Allahdan istəyim

Allahdan istəyim
Allahdan istəyim




Diz çöküb qarşında dua edirəm.
Ucalardan uca bilirəm səni.
Saxla öz yanında ruhumu,Allah,
Bir də bu dünyaya gətirmə məni.

Sirli röyalarım dağılacaqsa,
Arzum gözlərimdə boğulacaqsa,
Əzabım mənimlə doğulacaqsa,
Bir də bu dünyaya gətirmə məni

Namərdi mərdinən cox olacaqsa,
Alim ac, gədalar tox olacaqsa.
Yaranmışlar bir gün yox olacaqsa
Bir də bu dünyaya gətirmə məni

Bu yalan dünyanın tərs aynası var,
Sevincə bənzəyən cox bəlası var
Təkrar görməyimin nə mənası var?
Bir də bu dünyaya gətirmə məni

Gördüm bu dünyanı,quru qəfəsdir,
Sən bizə verdiyin ibrətli dərsdir.
Bir dəfə peşman olmuşam,Bəsdir!
Bir də bu dünyaya gətirmə məni...

Müəllifi Nüsrət Kəsəmənli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
809 778 778 668 739 771

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.