AzizA

AzizA Şeirlər 2-02-2026, 22:30

Dünya Quliyeva - Birinə bağlandınsa

Dünya Quliyeva - Birinə bağlandınsa

Birinə bağlandınsa əgər, 

İzi düşər ürəyinə,

Başqaları qonaq olar,

Düşə bilməz ki, qəlbinə.

Gedirsənsə qal demərəm.

Bəlkə, zaman lazım sənə.

Get kənardan bir bax bizə,

Yarım qalan sevgimizə.

Dünya Quliyeva - Birinə bağlandınsa

Birlikdəykən bilməz insan

Sevgisinin dəyərini,

İtirəndə anlar ancaq

Bu itkinin qədərini.

Gör nələri atıb getdin, 

Özgələrə satıb getdin,

O ötəri sevgilərə sevgimizi satıb getdin.

Gedənə qal demək nəyə lazım?

 Sındırdığın qəlbdə yerin yox,

Peşmanlığın kimə lazım?

Qarşına çıxan unutdurmaz ki məni,

Dəyərimi hiss etdirər sadəcə.

Mən də sənin həyatından çıxıb getdim,

Bax beləcə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
247 261 228 232 262 272

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.