Dəhşət saçan tapıntı: İtkin düşən 9 yaşlı uşaq belə öldürülüb
Rusiyada itkin düşən 9 yaşlı Pavelin cəsədi Leninqrad vilayətinin Yalgelevo kəndi yaxınlığında aşkarlanıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, uşağın meyiti yerli sakinlər və könüllülər tərəfindən qaçırıldığı yerdən təxminən 30 kilometr aralıda, Nijni Şingerski şəlaləsi yaxınlığında tapılıb.
İlkin məlumatlara görə, Pavelin qolları, ayaqları və başı yapışqan lentlə bağlanıb. Onun başına ağır zərbə endirilməsi nəticəsində öldüyü bildirilir. Hüquq-mühafizə orqanları uşağın ölümündən əvvəl işgəncəyə məruz qalması ehtimalını da istisna etmir.
Faktla bağlı araşdırma aparılır.






