cabir

cabir Xəbərlər 3-02-2026, 20:00

Milli təhlükəsizlik qərarı: Xəstəxanasında kütləvi işdən azad etmə

Milli təhlükəsizlik qərarı: Xəstəxanasında kütləvi işdən azad etmə

Latviya hökuməti dövlət xəstəxanasında çalışan 49 Rusiya vətəndaşını işdən azad edib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat xəstəxananın Facebook səhifəsində paylaşılıb.            

Xəstəxana rəhbərliyi qərarı Milli Təhlükəsizlik Qanununun tələbləri ilə əsaslandırıb. Qanuna əsasən, Rusiya və Belarus vətəndaşlarının, əgər iş fəaliyyəti müəssisənin işi üçün mühüm məlumatlara və ya texnoloji avadanlıqlara çıxış tələb edirsə, kritik infrastruktur obyektlərində çalışması qadağandır.

Məlumata görə, işdən çıxarılanlar arasında 29 orta və kiçik tibb işçisi, eləcə də 20 inzibati və köməkçi heyət üzvü var. Bundan əlavə, 7 həkim üçün yenidən qiymətləndirmə proseduru tətbiq edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 180 152 161 196 152

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.