Paris-London gərginliyi: Fransa Britaniyanın AB hərbi layihələrini bloklayır
Fransa Böyük Britaniyadan Londonun Ukraynaya girişinə icazə verilməsi müqabilində Avropa Birliyinin (AB) hərbi müqavilələrinə əhəmiyyətli investisiyalar yatırmağı tələb edir. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Telegraph qəzeti məlumat yayıb.
Məlumata görə, Fransa AB-nin silah sənayesinin inkişafı üçün ayrılan vəsaitlərdə maraqlı olduğu üçün Böyük Britaniyanın Birliyin hərbi müqavilələrində iştirakını indiyədək bloklayıb. Lakin Paris, Londona bu müqavilələrdə iştirak imkanı yaradılacağı təqdirdə, böyük maliyyə töhfəsi qoyulmasını şərt kimi irəli sürüb.
Qəzetin yazdığına görə, AB diplomatlarından biri Fransa tərəfinin bu layihədə Britaniyanın mümkün qədər yüksək maliyyə töhfəsi verməsində israr etdiyini bildirib.






