"Yanlış düymə" etirafı: Kapitan neft tankerinə çırpılmaqda təqsirli bilindi
London məhkəməsi "Solong" konteyner gəmisinin 59 yaşlı rusiyalı kapitanı Vladimir Motini gəminin ABŞ-ın "Stena Immaculate" neft tankeri ilə toqquşmasına səbəb olmaqda günahkar bilib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı Motin "Solong" gəmisini avtopilot rejimindən çıxarmağa çalışarkən səhv etdiyini, düyməni yanlış basdığını və sükanı yenidən işə salmaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.
Lakin prokurorluq bütün naviqasiya sistemlərinin tam işlək vəziyyətdə olduğunu, kapitanın sükan çarxının sıradan çıxması ilə bağlı iddialarının əsassız olduğunu bəyan edib.






