cabir

cabir Xəbərlər 3-02-2026, 21:00

Avropa və ABŞ: Rusiya atəşkəsi pozarsa koordinasiyalı hərbi cavab planlaşdırılır

Avropa və ABŞ: Rusiya atəşkəsi pozarsa koordinasiyalı hərbi cavab planlaşdırılır

Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında müzakirə olunan təklifə əsasən, Kiyev Qərb müttəfiqləri ilə razılaşıb ki, Rusiyanın gələcək hər hansı atəşkəsi təkrar pozması ABŞ və Avropa tərəfindən koordinasiyalı hərbi cavabla nəticələnəcək. Mənbələr Financial Times-a bildiriblər ki, bu planla hərəkət etmək nəzərdə tutulur.       Sun.Az  The Guardian-a istinadən xəbər verir ki, Rusiya atəşkəsi pozarsa, 24 saat ərzində cavab veriləcək, ilkin olaraq "diplomatik xəbərdarlıq" və Ukrayna ordusunun pozuntunu dayandırmaq üçün müdaxiləsi həyata keçiriləcək. Planın ikinci mərhələsində isə "istəkli koalisiya" qüvvələri, yəni Ukraynanın 20-dən çox müttəfiqi ölkəsi tərəfindən təmin olunan təhlükəsizlik zəmanətləri əsasında hərbi müdaxilə nəzərdə tutulur.           

Əgər atəşkəs pozuntusu daha genişmiqyaslı hücuma çevrilərsə, ilk pozuntudan üç gün sonra ABŞ-ın da daxil olduğu koordinasiyalı hərbi cavab qüvvəyə minəcək.

ABŞ, Avropa və Ukrayna rəsmiləri bu təklifləri dekabr və yanvar aylarında bir neçə dəfə müzakirə ediblər.

Britaniyanın Baş naziri Keir Starmer, "istəkli koalisiya" təşəbbüsünün önündə duran lider kimi, yanvar ayında Parisdə keçirilən danışıqlardan sonra bildirib ki, Böyük Britaniya və Fransa Rusiyaya sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya hərbi dəstək göndərəcək.

Ukrayna Prezidenti Vladimir Zelenski isə qeyd edib ki, Rusiya, Ukrayna və ABŞ rəsmiləri arasında müharibəni dayandırmaq üçün ABŞ tərəfindən hazırlanmış plan üzrə ikinci raund danışıqlar çərşənbə günü başlayacaq.

Dörd ildən artıq davam edən Rusiya işğalına baxmayaraq, Ukraynanın şəhər və qəsəbələrinə hücumlar dayandırılmayıb. Rusiya qüvvələri bu gün səhər saatlarında Kiyev, Xarkov və digər regionlara zərbələr endirib, nəticədə yanğınlar baş verib və enerji infrastrukturu zədələnib. Hücumlarda ən azı dörd nəfər yaralanıb.

Müəllif: İlkin Məmmədkərimov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
147 199 197 129 171 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.