ice berg

ice berg Xəbərlər 13-02-2026, 20:02

"Sevgililər günü" bu şəxslər CƏRİMƏLƏNƏCƏK

"Sevgililər günü" bu şəxslər CƏRİMƏLƏNƏCƏK


Hər il olduğu kimi, 14 Fevral - Sevgililər Günü ərəfəsində paytaxt və bölgələrdə fəaliyyət göstərən gül və hədiyyə dükanlarında canlanma müşahidə olunur. Lakin alıcıların sözlərinə görə, bayram yaxınlaşdıqca bəzi satış məntəqələrində qiymətlərdə süni artım halları da qeydə alınır. Xüsusilə qızılgül, buketlər və romantik hədiyyələr əvvəlki günlərlə müqayisədə daha baha təklif olunur.

 

Loading.aZ xəbər verir ki, bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O deyib ki, 14 Fevral ərəfəsində gül və hədiyyə dükanlarında müşahidə olunan süni qiymət artımları qanun pozuntusudur:

 

"Azərbaycan qanunvericiliyinə görə sahibkar qiyməti sərbəst müəyyən etsə də, bu bazarda qıtlıq yaradaraq və ya istehlakçını aldatmaq yolu ilə sui-istifadə predmetinə çevrilə bilməz. Süni qiymət artımı halları "Rəqabət Məcəlləsi" və antiinhisar qanunvericiliyi ilə qadağan olunur. Bu cür hallar aşkar edildikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırma aparılır. Araşdırma zamanı qiymətlərin əvvəlki dövrlə müqayisəsi, alış sənədləri və maya dəyəri yoxlanılır. Əsassız qiymət artımı təsdiqlənərsə, sahibkara inzibati cərimə tətbiq oluna bilər. Cərimələr hüquqi şəxslər üçün daha yüksək məbləğdə müəyyən edilir. Bundan əlavə, qanun pozuntusunun təkrarlanması fəaliyyətin müvəqqəti dayandırılmasına da səbəb ola bilər. İstehlakçıların aldadılması faktı sübuta yetirilərsə, ödənilmiş vəsaitin geri qaytarılması tələb oluna bilər. İstehlakçılar qiymət artımı ilə bağlı rəsmi qurumlara şikayət etmək hüququ var".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 167 158 175 160 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.