ice berg

ice berg Programlar 15-02-2026, 06:00

"Windows 11"də naməlum xəta: Minlərlə istifadəçi ŞİKAYƏT EDİR

"Windows 11"də naməlum xəta: Minlərlə istifadəçi ŞİKAYƏT EDİR

Microsoft şirkətinin Windows 11 əməliyyat sistemi ilə bağlı növbəti yeniləmə istifadəçilər arasında narazılıq yaradıb.

 

Loading.aZ xəbər verir ki, istifadəçilərin sözlərinə görə, son yeniləmədən sonra bəzi kompüterlərdə ciddi nasazlıqlar müşahidə olunur. Ən çox rast gəlinən problem isə cihazların səbəbsiz şəkildə təkrar-təkrar yenidən başlamasıdır. Bildirilir ki, müəyyən bir texniki xəta nəticəsində kompüterlər ardıcıl olaraq 15 dəfədən çox restart edə bilir.

 

Məlumata əsasən, bu hal əsasən yanvar ayı üçün təqdim edilən yeniləmədən sonra geniş yayılıb. Şirkət bəzi çatışmazlıqları aradan qaldırsa da, istifadəçilərin bir hissəsi hələ də problemlərin davam etdiyini bildirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
131 148 168 168 189 148

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.