ice berg

ice berg Programlar 15-02-2026, 21:21

"WhatsApp"dan azyaşlılar üçün yenilik

"WhatsApp"dan azyaşlılar üçün yenilik

"WhatsApp" valideynlər üçün uşaqların informasiya təhlükəsizliyini artırmağa yönəlmiş yeni imkanlar üzərində işləyir. Yeni funksiya azyaşlı istifadəçilərin kontakt siyahısında olmayan şəxslərlə əlaqəsini məhdudlaşdıracaq və valideynlərə uşağın platformadakı fəaliyyəti barədə ümumi məlumat təqdim edəcək. Bununla yanaşı, mesajların məzmununa giriş imkanı verilməyəcək.

 

Loading.aZ xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

 

Bildirilir ki, funksiya hazırda hazırlıq mərhələsindədir. Platforma azyaşlı istifadəçilərin təhlükəsizliyini gücləndirmək məqsədilə məxfilik parametrlərinin avtomatik yenilənməsini Braziliyada sınaqdan keçirir.

 

Məlumata görə, sistem gələcəkdə bəzi məxfilik parametrlərini avtomatik şəkildə dəyişəcək. Belə ki, "son görülmə" funksiyası "hamı üçün" rejimindən "yalnız kontaktlar" rejiminə keçiriləcək, profil məlumatları və digər sosial şəbəkələrə keçidlər isə tanımadıqları istifadəçilər üçün məhdudlaşdırılacaq.

 

Qeyd edilib ki, bu dəyişikliklərin tətbiqi növbəti yenilənmələr çərçivəsində nəzərdə tutulur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 180 195 122 122 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.