ice berg

ice berg Xəbərlər 15-02-2026, 15:27

Azərbaycanda suyun qiyməti BAHALAŞDI

Azərbaycanda suyun qiyməti BAHALAŞDI

2026-cı ilin fevral ayında bütün növ pensiyalar 9,3% indeksləşdirilib. İndeksləşmə fevralda aparıldığı üçün yanvar ayının da artımının 13 fevraldan hesablara köçürülməsinə başlanılıb. Belə ki, 13 fevralda Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyalar ödənilib.

 

Loading.aZ xəbər verir ki, pensiyaların indeksləşməsi əslində 2025-ci ildəki inflyasiyanın kompensasiya edilməsidir. Yəni dövlət pensiyaçıların inflyasiya nəticəsində artıq ödənişlərini növbəti ildə kompensasiya edir. İşbazlar isə bu artımın ötən ilin inflyasiyasına xərclənən vəsaitin geri qaytarılması kimi deyil, artım kimi qiymətləndirərək, bahalaşma üçün fürsət sayırlar.

 

Artıq bəzi supermarketlər qiymət artımına pensiyalar hesablara oturan anda start veriblər. Bütün məhsullarda bahalaşma özünü göstərir. Hətta "İstisu" (1 litrlik) 1,3 manatdan 1,4 manata qalxıb.

 

O cümlədən bəzi ağartı məhsullarında, çay növlərində də artımlar var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 138 157 140 123 182

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.