ice berg

ice berg Məşhurlar 16-02-2026, 18:18

"Məclislərə "bədən-ayaq" göstərməyə getmirəm"

"Məclislərə "bədən-ayaq" göstərməyə getmirəm"


Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

 

Loading.aZ xəbər verir ki, o, toy məclislərindəki mövqeyindən və özünü niyə "brend" adlandırdığından danışıb.

 

Nazilə bildirib ki, məclisdə əsas fiqur gəlin olmalıdır və o, heç vaxt gəlinin kölgədə qalmasına səbəb olmaq istəmir:

 

"Fərqindəyəm ki, toyda gəlin mən deyiləm. Mən ora xeyir-dua verməyə, gözəl söz deməyə haqqı çatan Azərbaycan qadınıyam. Məclisdə gəlindən gözəl görünməməliyəm, onu ruhdan salmamalıyam".

 

Şairə vurğulayıb ki, toy və xına gecələrinə aparıcı kimi deyil, ailənin bir üzvü kimi qatılır:

 

"Həmin gecədə ailədən biri kimi olmalıyam. Mən hansısa paltarı reklam etmək, bədənimi göstərmək üçün getmirəm. Paltarlarımı hər kəs görə bilər. Mən o evin anası, bacısı, bibisi, xalası kimiyəm. Ora yad deyiləm ki, kimsə ərini məndən gizlətsin".

 

Onun "Mən brendəm" sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər Nazilənin yanaşmasını dəstəkləyərək bunu bəyənib, digərləri isə fikirlərə fərqli prizmadan yanaşıblar.

 

Qeyd edək ki, Nazilə Səfərli uzun illərdir xına məclislərinin aparıcılığı və təşkilatçılığı ilə məşğuldur və bu sahədə tanınan simalardan hesab olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
175 197 191 161 195 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.