AzizA

AzizA Şeirlər 17-02-2026, 22:30

Arzu Hüseyn - Səni xatırlamaq istədim bu gün

Arzu Hüseyn - Səni xatırlamaq istədim bu gün

Səni xatırlamaq istədim bu gün,
İllər xatirəmin üstünə kölgə.
İki yad adamıq, bilirəm, ömrüm,
Dünyada hər kəsdən tənhayıq bəlkə.

Səni xatırladım gülüşlərinlə,
İçimə qəribə ağırlıq çökdü.
Doldu gözlərimin qəm buludları,
Getdiyim hər yerə xatirə tökdü.

Hər yer xatirənmiş, mənsə fikirli,
Neçə il yaşadım bundan xəbərsiz.
Sən demə, dünəndə ilişib qalan,
Qanadı qırılmış xatirəyik biz.

Ömründə nə idim – sevinc, səadət?
Yoxsa ki bəxtinə hopan çənmişəm?
Sən demə, mən səni unutmamışam,
Təpədən dırnağa xatirənmişəm…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 225 212 200 229 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.