ice berg

ice berg Xəbərlər 17-02-2026, 22:22

Fevralın 18-də metroda iş vaxtı UZADILACAQ

Fevralın 18-də metroda iş vaxtı UZADILACAQ

Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində "Qarabağ" və İngiltərənin "Nyukasl Yunayted" klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq. 

 

Loading.aZ xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

 

Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik" stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq.

 

Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Qatarların hərəkətinə xüsusi qrafik müəyyən edilsə də, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədə saxlanılacaq.

 

"Nərimanov" və "28 May" stansiyalarında da nəzarət mexanizmləri gücləndiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
166 140 182 115 140 137

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.