ice berg

ice berg Məşhurlar 20-02-2026, 19:00

Zaur Kamal: "Bir də olsa, hüquqi addım atacağıq"

Zaur Kamal: "Bir də olsa, hüquqi addım atacağıq"

Tele-aparıcı Zaur Kamal açıqlması ilə diqqət çəkib.

 

Loading.aZ xəbər verir ki, o, aparıcısı olduğu verilişdə efirdə yaşadığı hadisəni dilə gətirib. Zaur bunun təkrarlanacağı təqdirdə, hüquqi addım atacağını bildirib:

 

"Bizim efir şoumuz əyləncə xarakterlidir. Sosial şəbəkədə kimsə paylaşım edib, bunu da mənə oğlum Bartu göstərdi. Bizim proqramda heç kim gəlib yardım istəmir. Verilişimizin formatı bu deyil. Guya kimsə gəlib bizdən pul istəyib, biz də onu efirdən çıxarmışıq. Xahiş edirəm, belə şeylər etməyin. Bir də belə hal olarsa, bununla bağlı hüquqi addım atacağıq. Həmin şəxs cəzalanacaq. Mənim neçə illərdir qazandığım uğurun üzərindən bu cür şeylərlə xətt çəkə bilməzsiniz. Həmin şəxslə eyni düşüncədə olanlar da şərhlər yazıblar. Zaur heç nə etməyib, belə qalmaqal və yardım məsələsi bizim verilişdə olmayıb".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 183 141 136 171 152

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.