ice berg

ice berg İslam Dini 24-02-2026, 20:00

Orucu niyə xurma ilə açırlar?

Orucu niyə xurma ilə açırlar?

İslam dünyası müqəddəs Ramazan ayına qədəm qoyub. Müsəlmanlar bu il 29 gün oruc tutacaq.

 

Loading.aZ xəbər verir ki, iftar süfrələrinin ənənəvi nemətlərindən biri yenə xurma olacaq.

 

Bəs, niyə məhz xurma?

 

Bildirirlər ki, xurma ilə iftar açmağın həm dini, həm də sağlamlıq baxımından əsasları var.

 

Qeyd olunur ki, gün boyu ac qalan orqanizm xurma vasitəsilə qısa müddətdə enerji əldə edir və vitamin-mineral balansını bərpa edir. Bu da xurmanı oruc tutanlar üçün ideal qidaya çevirir.

 

Diyetoloq Aygün Abdullayeva bildirib ki, xurma lifərlə zəngindir. Tərkibində dəmir olduğu üçün qanazlığı riskini azaldır. Həmçinin orqanizmin ehtiyacı olan elementlərə tələbatını ödəyir:

 

"Qan şəkərini tədricən yüksəltdiyi və bağırsaqdan gec sovrulduğu üçün uzun müddət toxluq hissi yaradır".

 

Bazar və marketlərdə isə müxtəlif ölkələrdən gətirilən xurma növləri təqdim olunur və qiymətlər 10-40 manat aralığında dəyişir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
210 226 225 207 234 224

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.