Sumqayıtda ev yandı
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
BiG.AZ-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən ram edilib.






