Dostluq haqqında aforizmlər
- Ağıllı, səxavətli adamlar mallarını dostlarla yeyərlər, ağılsız xəsislər isə yeməyib, düşmənlərə saxlayarlar. (Əbdürrəhman Cami)
- Arxalıya arxa olma ki, sənə yamaq desinlər, arxasıza arxa ol ki, sənə dayaq desinlər. (El hikməti)
- Başqaları ilə dost olmazdan öncə, insan öz daxilində ruh ilə bədəninin ittifaqına nail olmalıdır. (Əbu Turxan)
- Bütün ləyaqətli adamları, hətta heç vaxt yaxın münasibətdə olmasan da, özünə dost hesab edə bilərsən. (Əbu Turxan)
- Dost olmağa tələsməyin, amma dost olduzsa, bu dostluğa xəyanət etməyin. (Sokrat)
- Dost qazanmağın tək yolu dost ola bilməkdir. (Emerson)
- Dost, sevgili. Getmə, getmə, görüm kimin yarısan; Hansı bəxtəvərin vəfadarısan? (Qurbani)
- Dostluğa görə təşəkkür etməzlər, çünki o xidmət sayılmaz. (Q.Derjavin)
- Dostluq – bir gəmidir. Yaxşı havada iki nəfərə dənizin gözəlliyini göstərə bilər, pis havada isə – yalnız bir nəfərə. (A.Birs)
- Əsil dostluq paxıllıq hissi nə olduğunu bilməməkdir. (Fransua de Laroşfuko)







