AzizA

AzizA Aforizm 27-02-2026, 18:30

Ən sərt adamın da içində bir uşaq yatır

Ən sərt adamın da içində bir uşaq yatır
  • Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun. (Əbu Turxan)
  • Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir. (Əbu Turxan)
  • Bilikdən daha zəngin xəzinə, pis xasiyyətdən daha rəzil düşmən ola bilməz. (Sokrat)
  • Biz adətən özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarının gözü ilə baxmaqdır. (Əbu Turxan)
  • Biz elə bir məxluqlarıq ki,
    bəzən mələklər insan olmadıqlarına görə üzülür,
    bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. (Cəlaləddin Rumi)
  • Bizi təbiətlə doğmalaşdıran ilkin təbii başlanğıcımızdır. Təbiətsə hərdən öz gözəlliyini göstərməklə aramızda ruhani bir bağlantı da olduğunu yada salır. (Əbu Turxan)
  • Bizim şəxsiyyətimiz bağ, iradəmiz isə bağbandır. (Uilyam Şekspir)
  • Dünyanın həqiqətləri elm dilində, insanın həqiqəti isə fəlsəfə dilində yazılmışdır. (Əbu Turxan)
  • Əmək bölgüsü insanın tamlığını əlindən alır və onun özünün də bölünməsinə gətirib çıxarır. (Tur Xander)
  • Ən böyük fəziləti ağıl olan adamın dünyası ağılla dərk edilə bilən şeylərlə məhdudlaşır. (Cəlaləddin Rumi)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
202 207 197 191 182 179

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.