AzizA

AzizA Dəri və saç 26-02-2026, 16:30

Saçları qaynar su ilə yumaq niyə təhlükəlidir?

Saçları qaynar su ilə yumaq niyə təhlükəlidir?

"Saçları qaynar su ilə yumaq sağlamlıq problemlərinə səbəb ola bilər".

Bu barədə braziliyalə dermatoloq Sintiya Gedes "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, qaynar su dərinin qoruyucu funksiyasını yerinə yetirən təbii yağ qatını (sebumu) həddindən artıq parçalayır. Nəticədə epidermisdə (dərinin üst qatı) quruluq, qabıqlanma və qıcıqlanma kimi əlamətlər yarana bilər.

Mütəxəssis bildirib ki, saçları qaynar su ilə yumaq "geridönüş effekti"nə də səbəb ola bilər. Belə ki, dəri həddindən artıq təmizlənməyə cavab olaraq daha çox yağ ifraz etməyə başlayır. Bu isə baş dərisinin daha tez yağlanmasına gətirib çıxarır.

Bundan əlavə, saçların hər gün qaynar su ilə yuyulması kəpək problemini daha da kəskinləşdirə bilər. Buna görə də dermatoloq saçların yuyulması zamanı yalnız ilıq və ya sərin sudan istifadə etməyi tövsiyə edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
168 168 175 180 162 158

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.