Tramp Zelenski ilə danışdı: Sülh üçün vaxt limiti açıqladı
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı zamanı Ukrayna-Rusiya münaqişəsinə bir ay ərzində son qoymaq istədiyini bildirib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Tramp mümkün qədər tez sülh razılaşmasına nail olmaq niyyətindədir. Lakin Ukrayna ilə Rusiya arasında, xüsusilə ərazi məsələləri ilə bağlı ciddi fikir ayrılıqları hələ də qalmaqdadır.
Təxminən 30 dəqiqə davam edən danışıq Tramp və Zelenski arasında yanvarın sonunda Davosda keçirilən görüşdən sonra baş tutan ilk təmas olub. Üç mənbənin məlumatına görə, söhbət səmimi və müsbət atmosferdə keçib.
Zelenski müharibənin bu il başa çatacağına ümid etdiyini ifadə edib. Tramp isə münaqişənin artıq həddindən artıq uzandığını vurğulayaraq, onun bir ay ərzində başa çatmasını arzuladığını bildirib.






