Prezident administrasiyasında külli miqdarda vəsaitin itməsi araşdırılır
Polşa prezidenti Karol Nawrockinin ofisinin kassasından 500 milyon dollar vəsaitin oğurlandığı bildirilir. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, məlumatı Gazeta Wyborcza yayıb.
Qəzetin yazdığına görə, Varşava Regional Prokurorluğunun mətbuat katibi Antoni Skiba hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, ilkin şahidlər artıq dindirilib, oğurlanan vəsaitin dəqiq məbləği və zərərçəkənlərin sayı hazırda dəqiqləşdirilir.






