Elektron müharibə izləri - ABŞ dronu necə sıradan çıxarıldı?
Rusiya və ya Çin istehsalı olan elektron müharibə sistemlərinin İran hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MQ-4C Triton pilotsuz uçuş aparatının (PUA) qəzaya uğramasına səbəb ola biləcəyi iddia edilir. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, qabaqcıl PUA İranın cənubunda, Fars körfəzi üzərində radarlardan itib. Bildirilir ki, pilotsuz aparat Əbu-Dabidən havaya qalxıb və təxminən 10 kilometr yüksəklikdə adi kəşfiyyat uçuşu həyata keçirərkən onunla əlaqə qəfil kəsilib.
Mütəxəssislərin ehtimalına görə, əvvəlcə elektron müharibə sistemləri vasitəsilə dronun rabitə siqnalları pozulub, daha sonra isə onun kinetik silahlarla fiziki olaraq vurulması mümkündür.
Hadisənin ABŞ və İran arasında gərginliyin kritik həddə çatdığı bir dövrdə baş verməsi diqqət çəkir.






