Macarıstan Ukraynaya enerji xəbərdarlığı etdi
Viktor Orban Ukrayna lideri Vladimir Zelenskiyə siyasətini dəyişdirməyə və Macarıstana daha çox hörmət göstərməyə çağıran açıq məktub ünvanlayıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Orban məktubu özünün "X" sosial şəbəkə hesabında paylaşıb.
Məktubda qeyd olunur:
"Sizin hərəkətləriniz Macarıstanın milli maraqlarına ziddir və macar ailələrinin etibarlı və əlverişli enerji təchizatını təhlükə altına qoyur. Buna görə də sizi Macarıstana qarşı siyasətinizi dəyişməyə çağırıram".
Orban iddia edib ki, Kiyev və Brüssel Macarıstanda Ukraynayönlü hökumətin hakimiyyətə gəlməsi üçün birgə fəaliyyət göstərirlər. O, ölkəsinin Ukraynadakı vəziyyətə görə məsuliyyət daşımadığını vurğulayıb və Budapeştin nə hərbi əməliyyatları maliyyələşdirmək, nə də münaqişəyə birbaşa cəlb olunmaq niyyətində olmadığını bildirib.
Baş nazir həmçinin Ukraynanı "Drujba" neft kəmərinin fəaliyyətini dərhal bərpa etməyə və Macarıstanın enerji təhlükəsizliyinə qarşı addımlardan çəkinməyə çağırıb.






