cabir

cabir Xəbərlər 26-02-2026, 19:45

Vətəndaşlara 1000 manat ödəniş ediləcək? - Rəsmi açıqlama

Vətəndaşlara 1000 manat ödəniş ediləcək? - Rəsmi açıqlama

Sosial şəbəkədə bəzi şəxslərə sosial fond tərəfindən 1000 manat veriləcəyi barədə videoməlumat paylaşılıb.       Sun.Az      xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, həmin məlumat yalandır.              "Sosial şəbəkədə guya "1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi" barədə paylaşılan videoməlumat yalandır. Məlumatda rəsmi siyahı və s. ilə tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın", - açıqlamada vurğulanıb. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 235 208 267 213 226

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.