ice berg

ice berg Xəbərlər 27-02-2026, 15:00

Bu şəxslərə əlavə 8 günlük məzuniyyət verilə bilər

Bu şəxslərə əlavə 8 günlük məzuniyyət verilə bilər

Özünüməşğulluğun təşkili prosesi başa çatanadək işsiz şəxslərin ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklif edilir.

 

Loading.aZ xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

 

Əmək Məcəlləsinə əsasən, əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

 

Ombudsmanın məruzəsində işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi təklif edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
142 136 157 151 200 138

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.