TÜKÜRPƏDİCİ HADİSƏ! İşə gedən ana 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...
TÜKÜRPƏDİCİ HADİSƏ! İşə gedən ana 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...Ötən gün axşam Salyanda 7 yaşlı uşağın naməlum avtomobillə vurulub öldürülməsi faciəsinin daha da faciəli təfərrüatı məlum olub. FaktXəbər-in məlumatına görə, həmin uşağın anası Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzinin həkimidir. Qadın uşağı evdə nənəsi ilə qoyub işə gedib, az sonra oğlunun cansız bədəni ilə xəstəxanada qarşılaşıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində "Ay işığı" mağazasının qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.






