AzizA

AzizA Sağlamlıq 1-03-2026, 17:30

Kollagenin müntəzəm istifadəsi sağlamlığa necə təsir edir?

Kollagenin müntəzəm istifadəsi sağlamlığa necə təsir edir?

Beynəlxalq tədqiqatçılar ölü dəri hüceyrələrinin yenilənməsi, orqanların qorunması və qanın laxtalanmasında əsas rol oynayan kollagen zülalının gündəlik qəbulunun dəri sağlamlığına təsirini araşdırıblar.

113 hadisənin təhlil edildiyi araşdırma 7 min 983 iştirakçının iştirakı ilə aparılıb.

Tədqiqatçılar müəyyən ediblər ki, kollagenin müntəzəm qəbulu dərinin elastikliyini artırır, əzələ quruluşunu yaxşılaşdırır, dayaq-hərəkət sistemi və oynaq kireclənməsi ilə bağlı vəziyyətlərdə müsbət təsir göstərir. Həmçinin bu zülalın oynaqlarda revmatizmin yaratdığı ağrı və sərtliyi azaltdığı bildirilib.

Digər tərəfdən, tədqiqatçılar kollagen qəbulunun ağız sağlamlığı və kardiyometabolik baxımdan "qarışıq nəticələr" verdiyini qeyd ediblər.

Orqanizmdə təbii şəkildə istehsal olunan və yaş artdıqca miqdarı azalan kollagen dəri, dırnaq, sümük, vətər və qığırdaq kimi birləşdirici toxumaları dəstəkləyir və gücləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
145 189 122 127 145 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.