ice berg

ice berg Şeirlər 1-03-2026, 23:55

Mənim “alın yazım” olmasa da, "alın qışım” var

Mənim “alın yazım” olmasa da, "alın qışım” var

Başımı kəsib tulla ayağımın altına,
görüm ki, başım var...
Mənim “alın yazım” olmasa da,
"alın qışım” var.

Bir damcı ehtiyat su saxlamaqçündü,
susuz qalan dodağımın çatları...
Nə qədər gözəl olsa da,
zaman qandalıdı qol saatları.

İlahi, uçmazdı, sürünərdi,
versəydin hansı quşa bu ömrü...
Bir gün bir "axx!" deyib,
ikiəlli qapaz kimi "vuracam başa" bu ömrü...

Cahandar Aybər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
217 227 194 216 238 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.