ice berg

ice berg Evlilik 2-03-2026, 12:12

Erkən nikah: Əvvəli “xoş”, sonra isə boş…

Erkən nikah: Əvvəli “xoş”, sonra isə boş…

Son illər erkən nikaha qarşı mübarizə tədbirləri gücləndirilsə də problem aktuallığını qoruyur. Erkən nikahların qarşısının alınması ilə bağlı atılan ciddi addımlar və keçirilən maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də bəzi valiyendlər hüquqi baxımda yetkinlik yaşına çatmayan qızlarını təhsildən yayındıraraq, ailə qurmağa məcbur edir.

 

Budəfəki araşdırmamızda erkən nikahın insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə vurduğu fəsadlardan, yaratdığı uçurumlardan söz açacaq, sözügedən problemlə bağlı mühüm məqamlara aydınlıq gətirəcək, həlli istiqamətində çıxış yollarından bəhs edəcəyik.

 

Deputat: Neqativ hallarla bağlı məlumatlar elə verilməlidir ki, insanlar bundan ibrət alsınlar, maariflənsinlər


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mövzu ilə bağlı açıqlamasında bildirdi ki, erkən nikahların yayılmasına təkan verən amillər müxtəlif mənşəlidir və fərqli əhəmiyyətə malikdirlər: “Bunlar əsasən mədəni (stereotiplər), sosial, psixoloji amillərdir. Səbəbi nə olursa, olsun bu evliliklər yalnışdır. Çünki bu yaşda bir fərd böyüməni və formalaşmanı heç bir baxımdan tamamlamış olmur. Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Bu həmin qızın sağlamlığına, fiziki, psixoloji və reproduktiv sağlamlığına, sosial həyatına, özünü bir şəxsiyyət kimi ailə və cəmiyyətdə ifadə etməsinə bir sıra problemlər yaradır və fəsadları üzə çıxır. Bütün bunlar müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Bu ailələrin böyük hissəsi uğursuz olur. Əlbəttə ki, boşanma halları olduqda risklər artır. Çünki qızın heç bir savadı, təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də bu şəxsə arxa durmadığından özünün gündəlik tələbatlarını reallaşdıra bilmir. Bəzən də olur ki, bu cür şəxslər cinayətkar insanların təsiri altına düşə bilirlər. Yaş azlığı, təcrübəsizlik və məlumatsızlıqdan onlar hətta insan alverinin qurbanı ola bilərlər. Və dəfələrlə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi olaraq mövzu ilə bağlı ictimai dinləmələr keçirmişik, müzakirələr aparmışıq, təkliflər vermişik. Dövlət proqramları və Fəaliyyət planları çərçivəsində hər bir dövlət qurumu öz üzərinə düşən vəzifələri yerinə yetirir. Vətəndaş cəmiyyəti və KİV bu mövzu ilə bağlı çevik reaksiyalar verirlər”. 

Deputat qeyd etdi ki, erkən nikahlar, qadın və uşaqlara qarşı zorakılıq, kobud davranış halları ilə bağlı məlumatlar hazırlayanda qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. Müsbət obrazlar, uğurlu gənc qızların təbliğinə xüsusi yer verilməli, daha çox işıqlandırılmalıdır. Neqativ hallar bağlı məlumatlar isə elə verilməlidir ki, insanlar bundan ibrət alsınlar, maariflənsinlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 159 179 145 179 172

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.