AzizA

AzizA Məşhurlar 4-03-2026, 15:30

"Brilliant Dadaşovanın sözlərindən sonra özümü toparladım"

"Brilliant Dadaşovanın sözlərindən sonra özümü toparladım"

Əməkdar artist Gülüstan Əliyeva bir müddət əvvəl yaradıcılığında yaranan fasilənin səbəbini açıqlayıb.

Bu barədə müğənni "Xəzər axşamı" verilişində danışıb. O, ruhdan düşdüyü üçün sənətdən bir qədər uzaqlaşdığını bildirib:

"Olur ki, həvəsdən düşürsən. Sağa-sola baxırsan və deyirsən ki, "Ay Allah, yəni mən bu ömrü bunun üçün yaşamışam? Mən axı sənətkaram, illərimi bu sahəyə həsr etmişəm. Bu sənətin peşəkar daşıyıcısıyam". Amma onu dəyərincə qiymətləndirməyəndə adam bir az ruhdan düşür, inciyir, bir az kənara çəkilir.

Həmin ərəfədə bizim dəyərli sənətkarımız, Xalq artisti Brilliant Dadaşovanın gözəl bir sitatı qarşıma çıxdı. Deyirdi ki: "Ay sənətkarlar, Azərbaycan musiqisinin dəyərli daşıyıcıları! Nə qədər ki, biz kənara çəkiləcəyik, meydan boş qalacaq". Belə olduğu halda da "çör-çöplər" başlayır meydan sulamağa. Onun sözlərindən sonra mən də bir az özümü toparladım, "kəmər"imi bağladım. Əlbəttə ki, biz bir-birimizə dəstək olmasaq, ruhlandırmasaq, meydan boş qalır. Ona görə mən də dedim ki, ancaq irəli, irəli".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
144 198 162 173 134 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.