cabir

cabir Xəbərlər 6-03-2026, 11:35

Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu izah etdi

Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliyin nə olduğunu izah etdi

Ötən gün İranın Naxçıvana dron hücumundan sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.

"Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar", - Azərbaycan lideri qeyd edib.     Sun.Az       xəbər verir ki, Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahı qeyd olunub.          

"1 nömrəli səfərbərlik - silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır", - paylaşımda bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 178 137 134 127 139

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.