cabir

cabir Xəbərlər 6-03-2026, 12:20

İran ABŞ-ı ittiham etdi: "Hücum edilən freqatda silah yox idi"

İran ABŞ-ı ittiham etdi: "Hücum edilən freqatda silah yox idi"

İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib ki, Şri-Lanka sahillərində ABŞ tərəfindən hücuma məruz qaldığı iddia edilən İranın IRIS Dena freqatının göyərtəsində heç bir silah olmayıb.    Sun.Az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.     

Xətibzadənin sözlərinə görə, gəmi Hindistan tərəfi ilə birgə təlimlərdə iştirak üçün dost ölkələri dəvət edir və əsasən mərasim xarakterli funksiyaları yerinə yetirirdi.

"Bu, çox kədərli bir hadisədir. Gəmi hindli dostlarımızı birgə təlimlərdə iştirak etmək üçün dəvət edirdi və mərasim funksiyalarını yerinə yetirirdi. Gəmidə heç bir silah yox idi", - deyə o qeyd edib.

Diplomat əlavə edib ki, ABŞ-ın bu cür addımları onun istifadə etdiyi metodların Nasist Almaniyasının üsullarını xatırlatdığını göstərir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
141 172 156 128 139 159

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.