İraqda ABŞ qırıcı təyyarəsi vuruldu - pilot qaçmağa nail oldu
İraqın Bəsrə şəhərində ABŞ-a məxsus qırıcı təyyarə vurulub. "Military Observer" Telegram kanalının məlumatına görə, pilot katapult edərək xilas olmağı bacarıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə pilotun yerli silahlı qruplar tərəfindən əsir götürüldüyü bildirilsə də, sonradan onun qaçdığı məlum olub. "Military Observer" qeyd edir ki, İraqın təhlükəsizlik qüvvələri və İranla əlaqəli silahlı qruplar vurulan Amerika qırıcı təyyarəsinin pilotunu ələ keçirmək və ya onun yerini müəyyən etmək üçün əməliyyat aparır.






