Putin İran Prezidenti ilə telefonla danışdı
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkyanla telefon danışığı aparıb. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Rusiyanın İran ətrafında və ümumilikdə Yaxın Şərqdə mövcud problemlərin həlli üçün hərbi əməliyyatların dərhal dayandırılması və güc tətbiqindən imtina olunmasının vacibliyi ilə bağlı prinsipial mövqeyi bir daha təsdiqlənib.






