cabir

cabir Xəbərlər 7-03-2026, 15:20

İran İnqilab Keşikçiləri Hörmüz boğazında ABŞ qüvvələrini "gözlədiklərini" bildirirlər

İran İnqilab Keşikçiləri Hörmüz boğazında ABŞ qüvvələrini "gözlədiklərini" bildirirlər

İran İnqilab Keşikçiləri ABŞ qüvvələrinin gəmiləri Hörmüz boğazından keçirməsini gözlədikləri barədə xəbərdarlıq edib.     Sun.Az            

The Times of İsrael-ə istinadən xəbər verir ki, bu boğaz regional müharibənin qızışdığı bir vaxtda nəqliyyatın hələ də tıxandığı strateji su yoludur. ABŞ enerji nazirinin Hərbi Dəniz Qüvvələrinin "məqbul olan kimi" boğazdan gəmiləri müşayiət etməyə hazırlaşdığını elan etməsindən sonra Keşikçilərin sözçüsü Əli Məhəmməd Naini bildirib ki, "Biz onların varlığını gözləyirik".          

Fars xəbər agentliyinin məlumatına görə, Naini deyib: "Biz tövsiyə edirik ki, amerikalılar hər hansı bir qərar verməzdən əvvəl 1987-ci ildə Amerika supertankeri Bridgetonun atəşə tutulmasını və bu yaxınlarda hədəfə alınan neft tankerlərini xatırlasınlar". Bridgeton tankeri ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən Fars körfəzində müşayiət edilərkən İran İnqilab Keşikçiləri tərəfindən minalanıb.

Müəllif: İlkin Məmmədkərimov

    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 159 171 131 154 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.