ice berg

ice berg Xəbərlər 8-03-2026, 10:38

SEPAH: "Pezeşkianın bəyanatlarına məhəl qoymayın"

SEPAH: "Pezeşkianın bəyanatlarına məhəl qoymayın"

İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) İran Prezidenti Məsud Pezeşkianın ölkənin daha Fars körfəzi ölkələrinə hücum etməyəcəyi barədə bəyanatına cavab veriblər.

 

Loading.aZ oxu.az-a istinadən xəbər verir ki, hərbi qurumun açıqlamasında prezidentin belə bəyanat verməklə səhv etdiyi bildirilir.

 

SEPAH nümayəndələri vurğulayıblar ki, dövlət başçısının sözlərindən bir neçə saat sonra Dubay və Əbu-Dabi şəhərlərindəki hədəflər zərbə altına alınıb.

 

"Prezident Pezeşkian qonşu ölkələrə hücumların olmayacağını bəyan edərək səhv etdi və qüvvələrimiz bunu aydın şəkildə nümayiş etdirdi. Müharibə zamanı Pezeşkianın bəyanatlarına məhəl qoymayın", - SEPAH-ın bəyanatında deyilir.

 

Qeyd edək ki, daha əvvəl Pezeşkian bəyan etmişdi ki, İran qonşu dövlətlərə zərbələr endirməyə niyyətli deyil.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
139 184 125 177 218 155

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.