ice berg

ice berg Şeirlər 10-03-2026, 22:00

Səbrin və dözümün ünvanıdır qadın

Səbrin və dözümün ünvanıdır qadın

*🌹🪻🌾🪄QADIN🌹🪻*

Gah bir bahar mehi, gah dəli tufan,

Könüllər mülkünün sultanıdır qadın.

Zərif barmağıyla dünyanı quran,

Həyatın ən şirin dastanıdır qadın.

💗🌾🪻🌸🌹🌾🪻🪄

Gözündə bir dünya sevgi gizlənər,

Gülüşü qaranlıq yola nur sələr.

O məğrur duruşu dağları əyər,

Səbrin və dözümün ünvanıdır qadın.

🪻🌾🌸🌈🌹🪄💗

Ana tək müqəddəs, yar tək vəfalı,

Xəyalı göylərin yeddi qatlısı.

Bəzən bir körpənin kövrək duyğusu,

Bəzən də zamanın fərmanıdır qadın.

🌈🌹💗🌾🪻🪄🌈🌹

Hər kəlməsi sığal, hər baxışı köz,

Ona layiq deyil nə kağız, nə söz.

Varlığı dünyanı eyləyən əziz,

Tanrının ən gözəl ərmağanıdır qadın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 237 191 208 180 153

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.