İranın hücum strategiyası dəyişir - raket zərbələrinin sayı azaldıldı
İran qonşu ölkələrə endirdiyi raket zərbələrinin intensivliyini azaldaraq hücumların sayını təxminən 45 raket səviyyəsində sabitləşdirib. Sun.Az
xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Tehran münaqişənin ikinci günündə 420-yə qədər raket buraxıb, lakin sonradan hücumlar daha sistemli xarakter alıb.
Bildirilir ki, İran raketlərlə yanaşı, neft obyektləri, hava limanları və diplomatik nümayəndəlikləri hədəfə almaq üçün yüzlərlə drondan da istifadə edir.






