İran Hörmüz boğazını bloklaya bilər - qlobal enerji bazarı risk altında
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Yaxın Şərqdən ABŞ və digər Qərb ölkələrinə bir barel belə neft ixracına imkan verməyəcəklərini bəyan edib. Sun.Az
xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi İİKK-nın sözçüsü, general Əli Məhəmməd Naininin çıxışına istinadən məlumat yayıb.
Bildirilib ki, bu təhdid ABŞ və İsrail arasında davam edən birgə hərbi əməliyyatlarla əlaqədardır. General xəbərdarlıq edib ki, münaqişə uzanacağı təqdirdə İran Hörmüz boğazı vasitəsilə Yaxın Şərq neftinin daşınmasını uzun müddət bloklamağa hazırdır.
Ekspertlər isə qeyd edirlər ki, belə bir addım qlobal enerji bazarında ciddi sarsıntılara səbəb ola bilər.






