İran danışıqlara qayıtmaq üçün şərtlərini açıqladı
İranın Çindəki səfiri Əbdülrza Rəhmani-Fəzli bildirib ki, Tehran yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə danışıqlara qayıtmağa hazırdır. Sun.Az
xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Diplomatın sözlərinə görə, ilk addım ABŞ və İsrail tərəfindən hərbi əməliyyatların dərhal dayandırılması olmalıdır. İkinci mərhələ isə danışıqlar masasına qayıdışdır. O qeyd edib ki, bu proses aparıcı güclərin və BMT Təhlükəsizlik Şurasının müdaxiləsi olmadan mümkün deyil.
Səfir vurğulayıb ki, "dialoq zamanı gələcək təcavüz aktlarının baş verməyəcəyinə dair məcburi və sarsılmaz zəmanətlər verilməlidir".






