ABŞ İrana qarşı əməliyyatın ilk günlərində milyardlarla dollar xərclədi
ABŞ İrana qarşı hərbi əməliyyatın ilk günlərində sursata təxminən 6 milyard dollar xərcləyib. Sun.Az
xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Pentaqon İrana qarşı hərbi əməliyyatın ilk iki günü ərzində sursata 5,6 milyard dollar sərf edib.
Bildirilib ki, Konqresin bir sıra üzvləri yüksək texnologiyalı silahların bu qədər sürətlə xərclənməsindən narahatdır. Qeyd olunur ki, bu cür sistemlərin ehtiyatı artıq anbarlarda məhdud saydadır.
Qəzet həmçinin yazır ki, Vaşinqton əməliyyatı dəstəkləmək məqsədilə Hind-Sakit okean regionu da daxil olmaqla digər bölgələrdən Yaxın Şərqə əlavə resurslar köçürür.






