ice berg

ice berg Xəbərlər 12-03-2026, 12:57

Tramp ABŞ-ın İranda qələbəsini elan etdi

Tramp ABŞ-ın İranda qələbəsini elan etdi

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibədə faktiki olaraq artıq qalib gəldiklərini deyib.

 

Loading.aZ xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, hazırda məsələ yalnız hərbi əməliyyatların nə vaxt başa çatmasıdır.

 

“Çox yaxşı vəziyyətdə” olduqlarını vurğulayan ABŞ Prezidenti deyib ki, İranda qələbə qazanıblar, amma işi bitirmək üçün əməliyyatları davam etdirəcəklər.

 

“Əsas olan budur ki, bunu qazanmalıyıq, tez qazanmalıyıq, amma qazanmalıyıq”, - Tramp bildirib.

 

Tramp hərbi əməliyyatların ilk saatlarında məsələni həll etdiklərini diqqətə çatdırıb: “Biz qalib gəlmişik. İlk saatda artıq iş bitmişdi”.

 

Tramp onu da bildirib ki, ABŞ İran donanmasına məxsus 58 gəmini məhv edib: “Amma biz oradan tez çıxmaq istəmirik, düzdür? Biz işi bitirmək istəyirik. Biz iki ildən bir ora qayıtmaq istəmirik”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
135 151 171 137 147 177

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.