AzizA

AzizA Maraqlı 16-03-2026, 11:30

3400 işıq ili uzaqlıqda qeyri-adi KƏŞF

3400 işıq ili uzaqlıqda qeyri-adi KƏŞF

Astronomlar ilk dəfə olaraq daha çox "Kəpənək" kimi tanınan NGC-6302 planetar dumanlığında quru buz - donmuş karbon qazını aşkar ediblər.

Loading.az Phys.org-a istinadən xəbər verir ki, müşahidələr "Ceyms Uebb" kosmik teleskopu vasitəsilə aparılıb və mərkəzi ulduzu əhatə edən toz buludunda donmuş CO₂-nin xarakterik spektral izləri qeydə alınıb.

Planetar dumanlıqlar ömrünün son mərhələsinə çatmış ulduzların kosmosa atdığı qaz qabıqlarından ibarətdir. NGC-6302 Yer kürəsindən təxminən 3 400 işıq ili uzaqlıqda yerləşir.

Yeni məlumatlar teleskopun infraqırmızı diapazonda işləyən orta ayırdetməli spektroqrafı MIRI vasitəsilə əldə olunub. Alimlər dumanlığın mərkəzi hissəsindən gələn şüalanmanı təhlil edərək bərk haldakı karbon qazına uyğun aydın udulma xətlərini qeydə alıblar.

Quru buz dumanlığın mərkəzini əhatə edən sıx maddə halqasında - toz torunda aşkar edilib.

Kəşf tədqiqatçıları təəccübləndirib. Çünki planetar dumanlıqlar ölməkdə olan ulduzun güclü ultrabənövşəyi şüalanması ilə doludur və bu şüalanma adətən kövrək molekulları parçalayır, buzları isə buxarlandırır. Buna baxmayaraq, quru buz bu mühitdə qorunub qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
159 147 160 145 160 145

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.