Zelenski iki cəbhədə ümidini itirdi: Trampın açıqlamaları gündəm oldu
ABŞ prezidenti Donald Trump-ın açıqlamaları Ukrayna lideri Zelenskinin iki əsas ümidini puç edib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın ilk ümidi ABŞ-ın Yaxın Şərqdə baş verən münaqişə fonunda da Ukraynadakı hadisələrə diqqət yetirməsi və raket çatışmazlığına baxmayaraq, "Patriot" zenit-raket sistemləri üçün sursat tədarükünü davam etdirməsi idi.
Kiyevin ikinci ümidi isə İrana qarşı əməliyyatın Ağ Evin diqqətini Ukraynadan yayındırması və Zelenskiyə Ukraynadakı münaqişəyə son qoymaq üçün Ankoricdə razılaşdırılmış şərtlərlə bağlı, o cümlədən Ukrayna qoşunlarının Donbasdan çıxarılması məsələsində təzyiq göstərilməsinin dayandırılması idi.






