ice berg

ice berg Xəbərlər 17-03-2026, 12:21

Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ

Sabah yaz havası hiss edəcəksiniz - PROQNOZ

Martın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
168 162 128 155 144 140

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.