İran İsraildə mühüm obyektləri vurdu - Baş nazirin ofisi yaxınlığında partlayış
İranın atdığı raketlər İsrailin Baş naziri Binyamin Netanyahunun Qüdsdə yerləşən ofisinin yaxınlığına düşüb. Sun.Az
xəbər verir ki, bu barədə SNN telekanalı məlumat yayıb.
Bildirilib ki, raketlərdən bəziləri Baş nazirin ofisinə bir neçə metr məsafədə yerləşən hədəfləri vurub.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanının müşaviri Həmidrza Müqəddəmfər də açıqlamasında İran Silahlı Qüvvələrinin Netanyahunun ofislərindən birinə zərbə endirdiyini deyib.
O, həmçinin İsrailin Baş Qərargah binasına da bir neçə zərbə endirildiyini bildirib.






